Suriya təkzib etdi: İranın əl-Tənf bazasını bombalamadıq

15:27 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dəməşq İranın Suriyada yerləşən əl-Tənf bazasına hücum etməsi barədə xəbərləri təkzib edib.

Hafta.az xəbər verir ki, bu barədə anonim suriyalı hərbi rəsmi “Al Jazeera” telekanalına bildirib. “Biz bu bazanın hədəfə alınmasını təkzib edirik və bildiririk ki, burada heç bir ABŞ hərbi mövcudluğu yoxdur”, - rəsmi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl SEPAH Suriyada əl-Tənf hərbi bazasına hücum etdiyini bəyan edib.

Xatırladaq ki, bu ilin əvvəlində ABŞ qüvvələri bazanı tərk edib.